ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır. İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deputat Vüqar Bayramov deyib.
Milli Məclis üzvü vurğulayıb ki, sektorial say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində cəmi 715 min vətəndaşımız məşğuldur:
"Məşğul əhalinin 35.4 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq, bu sektorun ÜDM-də payı cəmi 5.9 faizdir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 273 manatdır.
Süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə bu sahədə işçi qüvvəsinin çatışmazlığıdır. Məsələn, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 faizədəkdir, Rusiyada 5, Polşada isə 6 faizdir. Ekosistemi yaxın olan Qazaxıstanda 11, qardaş Türkiyədə 14 faizdir. Niderlandda məşğul əhalinin 2 faizi kənd təsərrüfatında çalışsa da, 2025-ci ildə bu ölkənin aqrar ixracatı 137.5 milyard avro olub. Məşğul əhalinin üçdəbirindən çoxunun çalışdığı Azərbaycanda isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 1.3 milyard dollar olub".
"Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intellektdən daha sıx şəkildə istifadə vacibdir. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4.7 milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46.6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda hələ süni intellektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir", - deyə parlamentari əlavə edib.
Mərahim Nəsib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.