AZ

İran ballistik raket və dronları mülki əhalinin sıx məskunlaşdığı ərazilərdən buraxır – IDF

Bakı. Trend:

İran ballistik raketləri və dronları mülki əhalinin sıxməskunlaşdığı əraziləri buraxaraq ,döyüş əməliyyatlarından iştiraketməyən insanların həyatını təhlükəyə atır.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin(IDF) farsdilli sözçüsü polkovnik-leytenant Kamal Penhasibildirib.

“Bu addımlar həm buraxılış qurğularından istifadə zamanı, həm dəonların İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi vaxtqəsdən və birbaşa İran mülki vətəndaşlarını təhlükə qarşısındaqoyur”, - deyə o bildirib.

Hərbi qurum polkovik-leytenantın dediklərinə qüvvət olaraq,körpünün altında yerləşən raket buraxılış qurğusuna zərbəendirildiyini göstərən görüntülər də yayıb.

“Bir daha sizə, İran vətəndaşlarına müraciət edirik: şəxsitəhlükəsizliyiniz üçün raket buraxılış qurğularından uzaq durun”,-deyə Penhasi əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
73
az.trend.az

1Mənbələr