AZ

Qazaxıstan MDB ölkələri ilə radiasiya vəziyyəti ilə bağlı məlumat mübadiləsi aparacaq




Qazaxıstan parlamenti MDB üzv dövlətlərinin radiasiya vəziyyətinin monitorinqi ilə bağlı məlumat mübadiləsində qarşılıqlı əlaqə haqqında müqaviləni təsdiqləyib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müqaviləyə uyğun olaraq, MDB ölkələrinin səlahiyyətli orqanları radiasiya vəziyyəti ilə bağlı konkret məlumatlar mübadiləsi aparırlar. Buraya radiasiya vəziyyətinin durumu və onun dəyişiklikləri, eləcə də üçüncü ölkələrin ərazilərindən radioaktiv maddələrin sərhədlərarası daşınması təhlükəsi və ya baş verməsi halında radiasiya vəziyyətinin monitorinqi ilə bağlı məlumatlar daxildir.

Tərəflər təqdim olunan məlumatların ardıcıllığını təmin etməli və gözlənilməz hallar baş verdikdə məlumat verməyin mümkünsüzlüyü barədə bir-birini vaxtında məlumatlandırmalıdırlar.

Alınan məlumatlar yalnız bu müqavilə çərçivəsində istifadə olunacaq. Bu məqsədlə radiasiya vəziyyətinin monitorinqi məlumatlarının mübadiləsi üçün vahid prosedur tətbiq ediləcək. Bu prosedurda MDB üzv dövlətlərinin ərazilərində radiasiya vəziyyətinin parametrləri barədə məlumatların siyahısı, formatları, arxivləşdirmə müddətləri və təqdim edilməsi qaydaları müəyyən olunacaq.

Anar
Seçilən
30
1
newscenter.az

2Mənbələr