AZ

Əla növ fındıq 72 manata: Novruz bazarında ŞOK QİYMƏTLƏR – Foto

Novruz bayramına sayılı günlər qalıb. Artıq bazarlar bayram nemətləri ilə dolub-daşır. Ancaq qiymətlər bu dəfə həmişəkindən daha yüksəkdir.

Tribuna.az xəbər verir ki, bayram şirniyyatları üçün lazım olan qoz-fındığın qiyməti fantastik həddə çatıb. Bazarda münasib qiymətə, yəni kiloqramı 12 manata qoz ləpəsi tapmaq mümükündür. Bununla yanaşı 17-20-25 manata da qoz ləpəsi var. Lakin qovrulmamış fındıq ləpəsinin qiyməti 25-28 manatdan başlayır. Qovrulmuş ağ fındığın qiyməti isə 30-36 manat arasıdır. Bazarda əla sort hesab edilən, Afrika fındıqları da təklif edilir ki, onların da qiyməti 72 manatdan başlayır.
Orta statistik azərbaycanlının aylıq qazancına heç bir halda uyğun olmayan bu qiymətlər narazılıq yaradır. Bayramqabağı daha da artan qiymətlərin səbəbi barədə Tribuna.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət orqanları vaxtaşırı bazarda qiymət monitorinqi aparsa, vəziyyət bu həddə çatmaz:
“Bazarda qiymətlər sərbəstdir. Dövlət orqanları qiymətə müdaxilə edə bilməz. Ancaq bu dövlət orqanlarının bircu odur ki, tez-tez bazarda qiymət monitorinqi aparsınlar. Həmçinin elə bir şərait yaratmalıdırlar ki, yerli istehsal artsın. Ancaq görünür, dövlət orqanları bu funksiyalarını yerinə yetirə bilmirlər. Ona görə də bazarın sərbəst qiymət aksiomundan sui-istifadə olunur və tələbin artdığı bir zamanda qiyməti daha da qaldırırlar. Qiymətlərə daimi nəzarət edilməlidir.
Təəssüf ki, bayram süfrəsi üçün lazım olan bütün nemətlərin qiyməti son günlər durmadan qalxır və bununla bağlı şikayətlər və zənglər durmadan artır. Təəssüf edirəm ki, bu qiymətlər bayramdan sonra da qalxmağa davam edəcək. Çünki Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir”.




Seçilən
55
yenilik.az

1Mənbələr