ain.az, Unikal.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp bəzi nazir və müşavirlərinə dəri ayaqqabılar hədiyyə edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Belə ki, Tramp Ağ Evin bəzi işçilərinə Çikaqoda istehsal olunan məşhur bir markanın dəri ayaqqabılarını bağışlayıb. Hədiyyələrin dəyəri 145 dollar (təxminən 247 AZN ) təşkil edir.
Məlumata görə, Tramp ofisdə görüşlər zamanı tez-tez mövzunu ayaqqabılara gətirir. O, həmçinin müşavir və senatorların ayaqqabı ölçülərini təxmin etməyi sevir. Düzgün təxmin etdikdə dərhal hədiyyə sifarişi verir.
Qeyd olunur ki, hədiyyə alanlar arasında Marko Rubio, Ceyms Devid Vens, Pit Heqset, Hovard Latnik, televiziya aparıcıları Son Henniti və Takker Karlson, həmçinin Lindsi Qrem yer alır.
Ağ Ev mənbələri bildirir ki, Tramp ayaqqabıları şəxsi vəsaiti hesabına ödəyib. Bu adət artıq “Ayaqqabı Klubu” adlandırılıb və zamanla genişlənməkdədir.
Ayxanım Məlikova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.