AZ

AFFA "Neftçi"ni 23 min manat cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXIII turunda yaşananlarla bağlı ölçü götürülüb. 

“Şamaxı” ilə oyunda 5 futbolçusu sarı vərəqə alan “İmişli” 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” matçında 4 üzvü "sarı" alan Gəncə təmsilçisi də analoji cəriməyə məruz qalıb.

“Turan Tovuz”la qarşılaşmada “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat ziyana düşüb. Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub daha 8000 manat cərimələnib.

Seçilən
29
fanat.az

1Mənbələr