AZ

“Sabah”ın məşqçisi ağır cəzalandırıldı

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la 3:3 bitən qarşılaşmanın sonlarında rəqib skamyaya qeyri-etik jest edən “Sabah”ın məşqçisi Valerio Zuddası cəzalandırıb. Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Komitə italiyalı çalışdırıcıya 7 oyunluq cəza verib. “Sabah” klubu isə məşqçisinə görə 15 min manat cərimə ödəyəcək.

Seçilən
42
3
metbuat.az

4Mənbələr