ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunda ata və qızı arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 2-də baş verib. 1978-ci il təvəllüdlü Camal həmin gün saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində qızı Nəcibə ilə mübahisə edib. Onların arasında yaşanan mübahisəyə səbəb məişət avadanlığı olan paltaryuyan maşını söndürdüyünə görə yaranıb. Övladı Nəcibə ona irad bildirməsi zamanı aralarında ailə məişət zəminində y narazılıq yaranıb. Həmin mübahisə əsnasında Nəcibənin üzərinə hücum edib və qəsdən əli ilə qızının boğazından tutaraq sıxıb. Sonra əl, yumruq, kəllə zərbələri ilə qaş, sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə vurub. Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Camal ifadəsində göstərib ki, 2003-cü ildə Səma ilə ailə həyatı qurub və birgə nigahdan 9 övladı doğulub:“Avqustun 2-də, saat 15 radələrində evdə olduğum zaman işləyən paltaryuyan maşının dayandığını və ardıcıl siqnal verdiyini eşitdım. Bu səs məni narahat etdiyindən paltaryuyan maşının düyməsini basaraq onu söndürdüm. Bu zaman evin ikinci mərtəbəsində olan qızım Nəcibə mətbəxə enərək paltaryuyan maşının kim tərəfindən söndürüldüyünü soruşdu. Həmin səsin məni narahat etdiyi və bu səbəbdən cihazı söndürdüyümü söylədim. Nəcibə mənim bu hərəkətimə etiraz edərək kobud şəkildə iradını bildirdi. Qızımın bu hərəkəti xoşuma gəlmədi və bu zaman əsəbiləşərək sol əlim ilə onun boğazından tutaraq sıxdım, sonda buraxdım. Daha sonra isə əlim ilə onun sifətindən və başından bir neçə dəfə zərbə endirdim”.Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən atasına qarşı olan şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.