AZ

İsrail Qırmızı dənizdə hərbi baza qurmağı planlaşdırır

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

ABŞ, İsrail və İran arasında müharibə artıq 12-ci gündür davam edir. Buna paralel olaraq İsrailin Qırmızı dənizdə yeni hərbi baza qurmaq iddiası bölgədəki güc balansını yenidən ön plana çıxarıb.

Reyting.az “Bloomberg”ə istinadla bildirir ki, Təl-Əviv administrasiyası Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən Husilərə qarşı hücum imkanlarını artırmaq üçün Ədən körfəzi sahilindəki Somalilandda gizli hərbi baza qurman planı üzərində işləyir.

Məlumata görə, İsrail hökumətinin dekabr ayında Somaliland administrasiyasını tanıması diplomatik mübahisələrə səbəb olub və tənqidlə qarşılanıb. Lakin İsrail baş naziri Benyamin Netanyahunun hökuməti bu addımı müdafiə edərək, tərəflər arasında təhlükəsizlik sahəsində daha əhatəli əməkdaşlığı inkişaf etdirməyi hədəflədiyini deyib.

İddialara görə, Təl-Əviv administrasiyası hazırda Somaliland sahilində hərbi obyekt yaratmaq variantını nəzərdən keçirir və bu, açıq hərbi obyekt əvəzinə gizli baza ola bilər. Əgər bu baza qurularsa, raket atışlarını aşkarlaya bilən erkən xəbərdarlıq sistemlərinin və pilotsuz uçuş aparatlarının burada yerləşdiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, Somalilandın Ədən körfəzi və Bab əl-Məndəb boğazına yaxınlığı planı strateji cəhətdən əhəmiyyətli edir. Bu marşrut Qırmızı dənizlə Hind okeanı arasında ən vacib dəniz keçidlərindən biri hesab olunur.

“Bloomberg”in məlumatına görə, planın açıqlanması region ölkələrində narahatlıq yaradıb. Bəzi ölkələrin, xüsusən də Misir və Efiopiyanın hadisələri yaxından izlədiyi bildirilir. Digər tərəfdən, İran Yəmən sərhədləri yaxınlığında yeni bir hərbi bazanın yaradılmasının regionda gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.

Lakin ekspertlərin fikrincə, İsrailin Qırmızı dənizdə gizli baza yaratmaq planı regiondakı müharibənin gedişatına təsir göstərə biləcək kritik bir addım hesab olunur.

Xatırladaq ki, ötən il dekabrın 26-da İsrail hökuməti Somalilandın “müstəqil və suveren dövlət” kimi tanıdığını elan edib.

Somaliland 1991-ci ildə birtərəfli olaraq Somalidən ayrıldığını elan etsə də, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb.

Somali Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və bölgə ilə bağlı bütün beynəlxalq müqavilələrin yalnız Moqadişu hökumətinin səlahiyyəti altında olduğunu vurğulayır.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
reyting.az

1Mənbələr