AZ

Real Madrid Mançester Siti və PSJ Çelsi matçları hansı kanallarda yayımlanacaq?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Bayer Leverkuzen" Almaniyada İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.

İzləyicilər "Bayer Leverkuzen" - "Arsenal" oyununu İctimai TV-də izləyə biləcəklər.

Günün digər maraqlı qarşılaşmalarında isə "Real Madrid" "Mançester Siti" ilə, PSJ isə "Çelsi" ilə üz-üzə gələcəklər. "Real Madrid" - "Mançester Siti" qarşılaşması "CBC Sport" kanalında, PSJ - "Çelsi" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

11 mart

Saat 21:45, "Bayer Leverkuzen" - "Arsenal" (İctimai TV).

12 mart

Saat 00:00, "Real Madrid" - "Mançester Siti" ("CBC Sport" TV);

Saat 00:00, PSJ - "Çelsi" (İctimai" TV).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
oxu.az

1Mənbələr