Bakı.Trend:
İtaliyanın Baş naziri Ciorciya Meloni İranın cənubunda yerləşənMinab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbələripisləyib və hücuma görə məsuliyyət daşıyan şəxslərin müəyyənedilməsinə çağırıb.
Trend bu barədəİtaliya KİV-ə istinadən xəbər verir.
“İranın cənubundakı Minab şəhərində baş verən və azyaşlı qızlaraqarşı yönəlmiş kütləvi hücumu qətiyyətlə pisləyirəm...Gəncqurbanların ailələri ilə həmrəyliyimi bildirir və bu faciəyə görəməsuliyyətin tezliklə müəyyən edilməsini xahiş edirəm. Mülkiəhalinin və uşaqların təhlükəsizliyi təmin olunmalıdır”,- deyəitaliyalı hökumət başçısı vurğulayıb.
İtaliya KİV-in yazdığına görə, Meloninin senatda çıxışının həmmüxalifət, həm də hakim koalisiyaya daxil olan deputatlartərəfindən alqışlanan yeganə hissəsi məhz bu cümlələri olub.
Xatırladaq ki, martın 2-də Minabdakı qızlar məktəbinə endirilənaviazərbə nəticəsində 165 şagird və müəllim həyatını itirib, 95nəfər yaralanıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.