AZ

"Shell" və "TotalEnergies" Qətərdən mayeləşdirilmiş qazın tədarükündə fors-major elan ediblər

"Shell" və "TotalEnergies" Qətərdən mayeləşdirilmiş qazın tədarükündə fors-major elan ediblər

Britaniyanın "Shell" və Fransanın "TotalEnergies" şirkətləri, eləcə də bir sıra digər iri müştərilər Qətərin "Qatar Energy" milli şirkətindən aldıqları mayeləşdirilmiş təbii qazın (MTQ/LNG) sonrakı tədarükü ilə bağlı öz müştəriləri qarşısında fors-major vəziyyəti elan ediblər.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu addım Qətərin strateji enerji obyektlərinin hücuma məruz qalması səbəbindən hasilatı dayandırmasından sonra atılıb.

Bundan əvvəl "Qatar Energy" rəsmi olaraq Ras-Laffan və Mesayid şəhərlərindəki sənaye mərkəzlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini və bunun nəticəsində MTQ, eləcə də digər neft-kimya məhsullarının istehsalının dayandırıldığını bildirmişdi. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar İran ərazisindən buraxılan PUA-lar vasitəsilə həyata keçirilib.

Qətər dünyanın ən böyük üç MTQ ixracatçısından biri hesab olunur və illik istehsal gücü 77 milyon tona bərabər olan Ras-Laffan kompleksindəki qəza qlobal enerji bazarlarında ciddi qiymət artımına və tədarük zəncirində kəsilmələrə səbəb olub. Mütəxəssislər bu vəziyyətin xüsusilə Avropa və Asiya bazarlarında enerji qıtlığına yol açacağını proqnozlaşdırırlar.

Seçilən
77
afn.az

1Mənbələr