Bakı. Trend:
2023-2025-ci illərdə film istehsalı üzrə xarici istehsalçılartərəfindən ölkəyə təxminən 10 milyon ABŞ dolları həcmində vəsaitcəlb olunub.
Trend xəbərverir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bu günBakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən “AzərbaycanKinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinin təqdimatındaçıxışı zamanı deyib.
"Film istehsalı sahəsində 90% güzəştin tətbiqi bu sahədəinvestisiya riskini minimuma endirib. Proqnozlara əsasən, bu sahədəmövcud mexanizmlərin tətbiqi nəticəsində yaxın 3 il ərzində bugöstəricinin 50 milyon ABŞ dollarına çatması mümkündür", - obildirib.
Nazir müavini qeyd edib ki, son üç ildə kinonun inkişafı iləbağlı bir sıra vacib addımlar atılıb: "Belə ki, 2023-2025-ci illərərzində dövlət dəstəyi ilə 71 film layihəsinin istehalınabaşlanılıb, onlardan 56 film layihəsi, o cümlədən 9 tammetrajlıbədii film istehsal olunaraq təqdim edilib. İstehsalı tamamlanmışfilmlərin xüsusi çəkisi 79% təşkil edir. Bu məqsədlən 34 istehsalçışirkətə 21 milyon manatdan artıq dövlət vəsaiti ayrılıb.
Son üç ildə imzalanmış müqavilələr çərçivəsində film istehsalına9 milyon 538 min 652 manat məbləğində özəl investisiyaların cəlbedilməsi nəzərdə tutulub".