AZ

Diplomatik rütbə alanlara verilən vəsiqənin nümunəsi təsdiqləndi

Prezident İlham Əliyev diplomatik rütbə alan şəxslərə verilən vəsiqənin nümunəsinin təsdiq edilməsi ilə bağlı fərman imzalayıb.

Publika.az xəbər verir ki, sənədə əsasən, fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrini alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi təsdiq olunub.

Seçilən
37
1
publika.az

7Mənbələr