"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Liverpul" üzərində 1:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis fikirlərini belə bölüşüb:
"Bu, "Liverpul" üzərində qazandığımız ikinci qələbədir. İlk qələbənin təsadüf olmadığını göstərdik. Bu gün stadionda fantastik atmosfer var idi. Matçın əvvəlindən sonuna qədər azarkeşlər bizə emosiyaları çatdırdılar və biz də qarşılığını verdik. Birlikdə müdafiə olunduq, birlikdə hücum etdik. Bu, çox dəyərlidir.
Düşünürəm ki, bu, Türkiyə futbolu üçün vacib qələbədir. Biz ölkənin reytinq xallarına töhfə verməklə yanaşı, həm də bir Türkiyə komandasının xaricdə nələrə nail ola biləcəyini göstəririk.
Səfər oyunu ərəfəsində üstünlük qazandıq. Hesab daha böyük ola bilərdi, 2:0 və ya 3:0... Əslində, onların da şansları var idi. Səfərdə fərqli oyun olacaq. Eyni hisslərlə, eyni istəklə, eyni ehtirasla ora gedəcəyik və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Onlar bazar günü "Tottenhem"lə, biz isə şənbə günü oynayacağıq. Yəni əlavə istirahət günümüz olacaq. Ümid edirəm ki, son 8 komanda arasına vəsiqə qazananlar arasında biz də olacağıq".