Bakı, 11 mart, AZƏRTAC
Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”nın oyunlarına biletlər satışa çıxarılıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə təşkil olunacaq turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı “iticket” vasitəsilə həyata keçirilir.
“Dalğa Arena”da keçiriləcək Oman – Syerra Leone və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq Azərbaycan – Sent Lüsiya oyunlarının biletlərini artıq əldə etmək mümkündür.
Biletlərin qiymətləri 3-10 manat təşkil edir.