AZ

“Şaxtyor” liderliyi qorudu, “Dinamo” çətin qələbə qazandı - İCMAL

Ukrayna çempionatında 19-cu tur qeyri-adi nəticələrlə əlamətdar olmasa da, bəzi önəmli məqamları qeyd etməyə dəyər.

"Football-plus.az" xəbər verir ki, “Şaxtyor” səfərdə “Aleksandriya”nı məğlub etməklə liderliyi qorudu. Donetsklilər ilk yarını hücumda keçirsələr də, rəqib qapısı önündə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdilər. Yalnız 2-ci hissədə “Aleksandriya”nın müdafiəsini yarmaq mümkün oldu. Pedro Enrikenin cərimə meydançasına ideal asmasını Traore boş qapıdan keçirdi. Sona qədər bir daha hesab dəyişmədi.

“Dinamo” da səfərdə qələbə qazandı. Avrokuboklara vəsiqəyə iddialı “Polesye” 39-cu dəqiqədə hesabı açsa da, Ponomarenko hissənin sonunda kiyevliləri sevindirdi. 60-cı dəqiqədə yenə Ponomarenko qapıçı ilə təkbətəkdən yararlandı. Premyer-liqada keçirdiyi 8 oyunda 7 qol vuran Matvey artıq bombardirlik uğrunda da mübarizə apara bilər.

“Şaxtyor”un ən yaxın izləyicisi LNZ səfərdə “Veres”i darmadağın etdi və çempionluq yarışından qopmaq niyyətində olmadığını göstərdi.
Hesabat turunun iki oyununda 4:0 hesabı qeydə alındı. “Episentr” “Kolos”un qapısından məhz bu qədər qol keçirdi. Bu komanda həm də elitada ən böyükhesablı qələbəsini qazandı. “Zarya” da Ancuşiçin het-trik etdiyi oyunda “Poltava”ya 4:0 hesabıyla qalib gəldi. 4 rəqəmi ilə bağlı daha iki maraqlı fakt var. İndiyə qədər ardıcıl 4 oyunda “Krivbass”a uduzan “Obolon”, nəhayət, bu komandadan xal ala bildi. Cari mövsümdə elitada debüt edən “Kudrovka” isə səfərdə “Karpatı”dan xal aldı, yəni ardıcıl 4-cü oyunda uduzmadı.

Bazar ertəsi keçirilən “Rux” – “Metallist 1925” oyununda meydan sahibləri darmadağın oldu.

19-cu tur
Aleksandriya – Şaxtyor 0:1

Traore, 61.
Şaxtyor: Riznık, Pedro Enrike, Matviyenko, Bondar, Konoplya, Pedrinyo (Oçeretko, 89), Nazarina, Alison (İzaki, 80), Neverton (Prosper, 80), Qomes (Vinisius, 90+3), Traore (Elias, 89).

Polesye – Dinamo 1:2
Qutsulyak, 39-p. – Ponomarenko, 45+2; 60.
Dinamo: Neşeret, Korobov, Karavayev (Tımçik, 64), Mixavko, Belovar, Brajko, Pixalenok (Gerrero, 80), Voloşin, Reduşko, Şaparenko (Mixaylenko, 73), Ponomarenko (Yatsık, 80).

Veres – LNZ 0:3
Didık, 33. Avudu, 78. Qorin, 90+2.

Episentr – Kolos 4:0
Seberio, 33. Supryaqa, 45; 56. Kovalets, 62.

Zarya – Poltava 4:0
Ancuşiç, 2; 13; 51. Budkovski, 59.

Obolon – Krivbass 0:0

Karpatı – Kudrovka 1:1
Kostenko, 5 – Kozak, 66.

Rux – Metallist 1925 0:3
Pavlyuk, 24. Zaberqca, 26. Şabanov, 45.

1. Şaxtyor 19 13 5 1 47-12 44
2. LNZ 19 13 2 4 26-11 41
3. Polesye 19 11 3 5 32-14 36
4. Dinamo 19 10 5 4 42-22 35
5. Krivbass 19 8 7 4 31-25 31
6. Metallist 1925 18 8 7 3 22-12 31
7. Kolos 19 7 7 5 18-19 28
8. Zarya 19 7 6 6 26-23 27
9. Obolon 19 6 6 7 16-27 24
10. Veres 18 5 6 7 16-23 21
11. Karpatı 19 4 8 7 21-26 20
12. Kudrovka 19 5 5 9 24-33 20
13. Rux 19 6 1 12 15-28 19
14. Episentr 19 5 2 12 22-33 17
15. Aleksandriya 19 2 5 12 14-33 11
16. Poltava 19 2 3 14 16-47 9

Bombardirlər: Qayduçik (Polesye), Budkovski (Zarya) – 8, Prosper (LNZ), Storçous (Kudrovka), Klimçuk (Kolos), Tverdoxleb (Krivbass), Babukar (Rux), Ponomarenko (Dinamo) – 7.

Növbəti turun oyunları martın 13-15-i aralığında keçiriləcək: Poltava – Karpatı, Dinamo – Obolon, LNZ – Aleksandriya, Kudrova – Veres, Polesye – Krivbass, Episentr – Rux, Kolos – Zarya, Şaxtyor – Metallist 1925.

Seçilən
46
1
football-plus.az

2Mənbələr