AZ

Messi ilə bağlı iddialar cavablandırıldı

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “İnter Mayami”nin hücumçusu Lionel Messinin 2023-cü ildə “Barselona”ya qayıtmasına əsas maneəni onun yaratması ilə bağlı iddialara cavab verib.
Msport.az xəbər verir ki, Tebas, sadəcə qaydalara əməl etdiklərini bildirib:

“Həqiqət budur ki, heç kim Messinin vəziyyəti barədə məlumat istəməyib. Biz o vaxt Messinin nə qədər qazanacağını bilmək istəyirdik. Çünki onun yüksək qiyməti klubun ədalətli oyun anlayışına uyğun olmadığı anlamına gəlirdi”.

Qeyd edək ki, Messi “İnter Mayami”yə 2023-cü ilin yayında, PSJ-dən azad agent kimi keçib.

Seçilən
44
msport.az

1Mənbələr