AZ

"Sultan Süleyman" və "Hürrəm" 15 il sonra eyni filmdə - FOTO

Türkiyə televiziya tarixinin ən ikonik işlərindən olan "Muhteşem Yüzyıl" serialının baş rol ifaçılarının illər sonra yenidən partnyor olacağı deyilir.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, serialda baş rollarda olan aktyor Halit Ergenç və həmkarı Meryem Uzerli 15 il sonra yenidən birgə ekran işinə çəkiləcəyi bildirilir.

"İmrozda Bahar" filmində aktyorların baş rolları ifa edəcəkləri iddia edilir.

Məlumata görə, film hazırlıq mərhələsindədir və və rəqəmsal platformada yayımlanacaq.

Qeyd edək ki, 2011-2014-cü illərdə yayımlanan “Muhteşem Yüzyıl” (“Möhtəşəm əsr”) serialında Halit Ergenç Sultan Süleymanı, Meryem uzerli isə Hürrəm sultanı canlandırıb.

Billurə

Seçilən
31
olke.az

1Mənbələr