AZ

Azərbaycanın strateji ərzaq ehtiyatlarının həcmi hansı göstəricilərlə müəyyən edilir?

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycanın strateji ərzaq ehtiyatlarının həcmi hansı göstəricilərlə müəyyən edilir?

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, qlobal siyasi-iqtisadi proseslər və təchizat zəncirində baş verə biləcək qeyri-sabitlik, daxili bazarın dayanıqlığını təmin etmək məqsədilə dövlət ehtiyatlarının formalaşdırılmasını hər bir ölkə üçün zərurətə çevirib.

Bildiyiniz kimi, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması məqsədilə, ölkə başçısının Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Agentlik ölkənin strateji əhəmiyyətli istehlak malları üzrə təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin malların qısamüddətli kəskin qiymət dəyişikliyinin qarşısının alınması üçün tədbirlər görür.

Görülən bu tədbirlər çərçivəsində ehtiyatların həcmi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Qeyd edək ki, Azərbaycan Respublikasında strateji əhəmiyyətli ərzaq malları üzrə ehtiyatların həcmi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nomenklaturaya (nomenklatura – malların adını, ölçü vahidini və tələb olunan minimal həcmini özündə birləşdirən təsnifat) əsasən müəyyən edilir. Bu ehtiyatların tələb olunan minimal həcmi müəyyən edilərkən aşağıdakı əsas göstəricilər nəzərə alınır: Ölkənin həmin məhsullar üzrə özünütəminetmə səviyyəsi, idxal müddətləri, saxlanma şərtləri, tədarük mənbələrinin sayı, istehlak göstəriciləri.

Seçilən
21
2
azertag.az

3Mənbələr