Dubay səmasında hava hücumundan müdafiə sistemləri işləyir.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Əmirliyin media ofisi açıqlayıb ki, “hakimiyyət orqanları hazırda eşidilən səslərin uğurlu hava hücumundan müdafiə əməliyyatının nəticəsi olduğunu təsdiqləyir”.
İki saat əvvəl "Reuters" agentliyi Dubayda partlayış baş verdiyini xəbər verib.
Məlumata görə, martın 9-da Əbu-Dabidə hava hücumundan müdafiə əməliyyatından sonra düşən dağıntılar nəticəsində iki nəfər xəsarət alıb.
Daha əvvəl İran rəsmi olaraq Dubayun turizm rayonundakı Marina Otelə pilotsuz təyyarə hücumu həyata keçirdiyini təsdiqləyib. Bildirilir ki, binanın içərisində ABŞ hərbçiləri olub.
Aminə ŞAHSUVARQIZI