Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ekspertləri Hörmüz boğazında gəmiçiliyin pozulmasının qlobal ərzaq qiymətlərinin artmasına səbəb olacağından narahat olduqlarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat UNCTAD-ın saytında martın 10-da dərc olunmuş hesabatına istinadən yayımlanıb.
Hesabatda ekspertlər qeyd edirlər: “Enerji, gübrə və nəqliyyat xidmətlərinin qiymətlərinin artması, o cümlədən gəmiçilik, dəniz yanacağı və sığorta xərcləri, ərzaq qiymətlərinin artmasına və xüsusilə ən həssas təbəqələr arasında ev təsərrüfatlarının büdcəsinə təzyiqin artmasına səbəb ola bilər”.
Ekspertlər əlavə edirlər ki, enerji bazarları Boğazdan tranzitin blokadasına dərhal reaksiya verib. UNCTAD 1990-cı ilin yanvarından 2026-cı ilə qədər olan məlumatları təhlil edərək, fevral ayında baş verən enerji böhranlarının neft qiymətlərinin artması ilə birbaşa ərzaq qiymətlərinə təsir etdiyini qeyd edib.
Aminə ŞAHSUVARQIZI