Bakı.Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr məsələləriAzərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə vədaxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansıdəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasındahəyata keçirilir.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, bəzi media resurslarında Agentliyin İdarə Heyətisədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılıb.
"Bildiririk ki, Agentliyin İdarə Heyəti sədrinin müavinlərininvəzifəyə təyin olunması və vəzifədən azad edilməsi AzərbaycanRespublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Busəbəbdən həmin iddialar reallığı əks etdirmir.
Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrəistinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayanməlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələlgətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqiqiymət veriləcəkdir",-deyə məlumatda qeyd edilib.