AZ

İran: "Neftin 200 dollara çatacağına hazır olun"

Müəllif:Mehin Qasımova,Banco.az

"Neftin 200 dollara çatacağına hazır olun".

Banco.az xəbər verir ki, bu sözləri  İranın hərbi sözçüsü deyib.

İranın Fars xəbər agentliyinin məlumatına görə, ölkənin hərbi sözçüsü ABŞ və İsraili sərt şəkildə hədələyərək bildirib ki, ABŞ, sionist rejimi və ya onların tərəfdaşlarına fayda verəcək şəkildə Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə verilməyəcək.

Sözçü çıxışında enerji bazarlarına da toxunaraq neft qiymətlərinin kəskin bahalaşa biləcəyini vurğulayıb. Onun sözlərinə görə, regiondakı gərginlik davam edərsə, neftin qiymətinin bir barel üçün 200 dollara çatmasına hazır olmaq lazımdır. O əlavə edib ki, neft qiymətlərində mümkün artım regionda təhlükəsizliyin pozulması ilə birbaşa bağlıdır.

Məlumata görə, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq fevralın 28-dən bu yana ABŞ hərbi bazalarına və yeddi ərəb ölkəsində yerləşən mühüm obyektlərə ən azı 839 raket hücumu həyata keçirib. Hücumların əsasən Yaxın Şərqdəki strateji məntəqələri hədəf aldığı bildirilir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam etdiyi bir vaxtda, İranın cavab tədbirləri nəticəsində Körfəz regionunda bir sıra vacib obyektlərin hədəfə alındığı qeyd olunur. Regionda artan gərginlik həm təhlükəsizlik, həm də qlobal enerji bazarları üçün ciddi risklər yaradır.

Seçilən
69
banco.az

1Mənbələr