AZ

İrana qarşı əməliyyatların heç bir vaxt məhdudiyyəti yoxdur - İsrail müdafiə naziri

Bakı. Trend:

ABŞ-İsrailin İrana qarşı əməliyyatının heç bir vaxt məhdudiyyətiyoxdur.

Trend xəbər verirbunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.

“Əməliyyat qarşıya qoyulmuş bütün məqsədlərə nail olubkampaniyada zəfər çalana qədər, nə qədər lazım olsa, heç bir vaxtməhdudiyyəti olmadan davam edəcək”,- deyə Katz İsrail MüdafiəQüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir vəBaş Qərargah üzvləri ilə keçirdiyi görüşdə deyib.

Katz İsrail hökumətinin öncəki mesajını bir daha təkrar edərəkbildirib ki, İsrail Müdafiə Qüvvələrinin zərbələrininməqsədlərindən biri də “İran xalqına ayaqa qalxmaq, hərəkətə keçməkvə bu rejimi devirmək imkanı yaratmaqdır.

“Nəticə etibarilə bu, onların özlərindən asılıdır”,- deyə Katzəlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr