AZ

İdman naziri açıqladı

İranın idman naziri Əhməd Donyamali ölkənin milli komandasının bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə DPA agentliyinə verdiyi müsahibədə danışıb.

Nazir qeyd edib ki, İran, ABŞ və İsrail arasında davam edən münaqişə fonunda, həmçinin Ayətullah Əli Xameneinin həlak olmasından sonra turnirdə iştirak üçün şərait yoxdur. “Liderimiz öldürüldükdən sonra dünya çempionatında iştirak etməyimiz üçün heç bir şərt qalmayıb”, – deyə Donyamali bildirib.

Qeyd edək ki, İran millisi artıq dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Lakin mövcud vəziyyət səbəbindən komandanın turnirdə iştirakı indi sual altına düşüb.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino bildirmişdi ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp ona İran millisinin müharibəyə baxmayaraq turnirdə iştirak edə biləcəyini deyib.

Seçilən
36
publika.az

1Mənbələr