AZ

Bloklara zibil qoyanların NƏZƏRİNƏ: Yeni cərimələr TƏTBİQ OLUNUR

Mənzil qapısının ağzına zibil qoymaq 15 min rubladək cərimə ilə nəticələnə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hüquqşünas rəyinə istinadən məlumat yayıb.

Hüquqşünaslar xəbərdarlıq edirlər ki, mənzil qapısının ağzına, pilləkən qəfəslərinə və blok girişlərinə zibil paketləri qoymaq qanunla qadağandır.

Bildirilir ki, bu ərazilər binanın ümumi mülkiyyəti hesab olunur və orada sanitariya qaydalarının pozulması inzibati məsuliyyət yaradır.

Məlumata görə, yaşayış sahələrinin istismarı zamanı sanitariya-epidemioloji tələblərin pozulmasına görə vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 500 rubldan (təxminən 10 manat) 1000 rubladək (təxminən 21 manat) məbləğində cərimə oluna bilərlər.

Lakin bəzi hallarda bu cəza daha da ağırlaşır. Əgər qapı ağzına atılan zibil yanğın təhlükəsi yaradan maddələrdən ibarətdirsə və ya yanğın təhlükəsizliyi qaydalarını pozursa, cərimənin məbləği 5 min rubldan (təxminən 107 manat) 15 min rubladək (təxminən 322 manat) yüksələ bilər.

Ekspertlər bina sakinlərini ümumi ərazilərdə təmizliyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
59
interpress.az

1Mənbələr