AZ

“Sumqayıt Tekstil” nizamnamə kapitalı 4,7 milyon manata yaxın azaldılır

“Sumqayıt Tekstil” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 milyon 112 min manatdan 5 milyon 450 min manata endirilib.

Beləliklə, cəmiyyətin nizamnamə kapitalı 4 milyon 662 min manat və ya təxminən 46,1% azaldılıb və yeni məbləğ 5 milyon 450 min manat səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Rzabəyli Fərid Fərhad oğludur. Hüquqi ünvanı AZ5004, SUMQAYIT ŞƏHƏRİ, SÜLH KÜÇƏSİ, ev.3 ünvanıdır.

Seçilən
67
fed.az

1Mənbələr