AZ

Kredit kartı götürmək istəyənlərin NƏZƏRİNƏ: Bu halda 6 aylıq iş stajı tələb olunacaq

Banklardan kredit götürmək istəyən vətəndaşlar üçün əsas şərtlərdən biri adətən minimum 6 aylıq rəsmi iş stajının olmasıdır. Bəs eyni tələb kredit kartı əldə etmək istəyən şəxslərə də şamil olunurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu tələb təkcə nağd kreditlərə deyil, kredit kartlarına da aiddir.

Əkrəm

“Banklar müştərinin ödəmə qabiliyyətini qiymətləndirmək üçün sabit gəlir və müəyyən müddət işləmə təcrübəsi tələb edirlər. Buna görə də həm kredit götürərkən, həm də kredit kartı əldə edərkən əksər hallarda minimum 6 aylıq rəsmi iş stajı əsas şərtlərdən biri sayılır”.

Ekspert qeyd edib ki, bankların risklərini azaltmaq üçün bu kimi tələblər tətbiq olunur və vətəndaşın gəlirinin davamlı olması kredit və ya kredit kartının verilməsi zamanı əsas meyarlardan hesab edilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
50
1
konkret.az

2Mənbələr