AZ

Bağırsaq xərçəngi riskini azaltmaq üçün bunları edin -Həkimdən məsləhətlər

Bağırsaq xərçənginin riskini azaltmaq üçün həyat tərzi və qidalanmada dəyişikliklər etmək mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında həkim-qastroenteroloq Anqada Dhillon danışıb.

Həkimin sözlərinə görə, riskin azalması üçün ən əsas addımlardan biri lif qəbulunu artırmaqdır. O, bitki mənşəli məhsullar – meyvələr, tərəvəzlər, paxlalılar və tam taxıllı məhsulların tez-tez istehlak edilməsini tövsiyə edib.

Dhillon həmçinin qırmızı və işlənmiş ətlərin istifadəsini azaltmağı tövsiyə edir. Onun sözlərinə görə, bu cür məhsullar lif miqdarı az olan qidalanma ilə birlikdə istifadə edildikdə bağırsaq xərçənginin riskini artırır.

Bundan əlavə, həkim fiziki aktivliyi saxlamağı, çəkini nəzarətdə tutmağı, kifayət qədər yuxu alamağı, siqareti tərgitməyi və alkoqol qəbulunu məhdudlaşdırmağı da tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
43
1
redaktor.az

2Mənbələr