
Energetika Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub, var və olacaq.
Missiya.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, əksəriyyəti Aİ üzvü olan 16 ölkə artıq Azərbaycandan qaz alır:
"Enerji sahəsində əməkdaşlıq həmişə tərəfdaşlığımızın mühüm hissəsi olub, var və şübhəsiz ki, gələcəkdə də belə olacaq, xüsusən də 2022-ci ildən, Avropa Komissiyası ilə "Enerji sahəsində strateji tərəfdaşlıq" adlı sənədi imzaladığımız vaxtdan sonra. O vaxtdan bəri biz Avropa ölkələrinə qaz ixracını həm həcm, həm də ölkələrin sayı baxımından artırmışıq".
İlham Əliyev əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir və boru kəmərləri ilə qaz tədarükçüləri arasında dünyada birinci yeri tutur: "Bu gün 16 ölkə Azərbaycan qazı alır, buna görə də bir çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsində rolumuz artır və artım potensialı yüksək olaraq qalır".