ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 mart, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sülhə xidmət etmək, mülki əhalinin çəkdiyi əzabların mümkün qədər tez dayandırılmasına töhfə vermək və regionun sabitliyini, eləcə də gələcək əməkdaşlığı nəzərə alan danışıqlar prosesinin başlanmasına dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
O, həmçinin bildirib ki, bu təşkilatın əsas vəzifələrindən biri beynəlxalq hüquqa hörmətin, beynəlxalq münasibətlərdə norma və qaydalara riayət edilməsinin vacibliyini ön plana çıxarmaqdır. Buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün məsuliyyət çox böyükdür. Burada iştirak edən hər kəsin dəstəyi ilə sülhə nail olmaq, beynəlxalq hüquqa hörmətin qorunmasına çalışmaq və real sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərmək üçün çalışmalıyıq.
Foto: Azər İbrahimov
Operator: Şövqi Əzizov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.