AZ

Rüdiger İngiltərəyə qayıdır?

“Arsenal” yayda “Real”ın müdafiəçisi Antonio Rüdigeri heyətinə qatmaq niyyətindədir.

Msport.az xəbər verir ki, Madrid klubu 33 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağa tələsmir.

Rüdiger bu səbəbdən iyulda azad agentə çevrilə bilər. “Arsenal” rəhbərliyi onun təcrübəsinin və liderlik keyfiyyətlərinin komanda üçün çox faydalı olacağına inanır.

Almaniyalı futbolçu “Real”a 2022-ci ilin yayında “Çelsi”dən transfer olunub.

Seçilən
52
msport.az

1Mənbələr