AZ

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 11 mart, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə rəqəmsal iqtisadiyyat, innovasiya və yüksək texnologiyalar sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyatın rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi, müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

Müzakirələr zamanı texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
4
azertag.az

5Mənbələr