Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ və İsraillə baş verən hərbi toqquşmalar nəticəsində İranın raket infrastrukturu ciddi zərər görüb. Məlumata görə, ölkə raket buraxılış qurğularının 90 faizdən çoxunu itirib.
Bu barədə "Bloomberg" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
Agentliyin məlumatına əsasən, ABŞ və İsrail 2025-ci ilin yayında regionda yaranan gərginlikdən sonra daha ehtiyatlı hərbi strategiya tətbiq edir. Bu strategiya çərçivəsində əsasən İranın raket buraxılış qurğuları və komanda-idarəetmə mərkəzləri hədəfə alınır. Məqsəd Tehranın genişmiqyaslı raket hücumları həyata keçirmək imkanını zəiflətməkdir.
Mütəxəssislər qeyd edir ki, raketlərin özləri ilə müqayisədə buraxılış qurğularını gizlətmək və ya qısa müddətdə başqa yerə köçürmək daha çətindir. Bu səbəbdən onlar hərbi əməliyyatlar zamanı ən həssas və prioritet hədəflərdən biri hesab olunur.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.