AZ

Seymur Orucov vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

ain.az, Unikal.az saytına istinadən bildirir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbul keçirib. 

"Unikal" xəbər verir ki, qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər. 

RİH başçısı çıxış edərək bildirib ki, dünyanın müxtəlif bölgələrində münaqişələrin baş verdiyi bir vaxtda Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas hədəfi ölkəmizin təhlükəsizliyini təmin etmək, höküm sürən sülh və əmin-amanlığın daimi olmasından ibarətdir. Ərazi bütövlüyünün və suverenliyinin bərqərar olması ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan dünyada öz siyasi və iqtisadi mövqeyini gücləndirib, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mühüm şərtinə çevrilərək regionda lider dövlətə çevrilmişdir.

Bu liderlik Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasətin qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə göstərişlər verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
unikal.az

2Mənbələr