Bakı. Trend:
Azərbaycandan neft məhsullarının idxalı Ermənistanın yanacaqsektorunda onilliklər boyu mövcud olmuş monopoliyanı dağıdıb.
Trend xəbər verirki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AvropaParlamentində çıxışı zamanı deyib.
“Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir. Bu,daxili bazarımızda yanacağın qiymətlərinin aşağı düşməsinə köməkedib və yanacaq sektorunda onilliklər boyu mövcud olmuşmonopoliyaları dağıdıb”, – deyə o bildirib.
Baş nazir həmçinin yaxın gələcəkdə Azərbaycanın Ermənistan üçünixrac istiqamətlərindən birinə çevriləcəyinə ümid etdiyini diqqətəçatdırıb.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı benzin göndərib.
Daha sonra 2026-cı il yanvarın 9-da Ermənistana ümumilikdə 2 698ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və956 ton dizel yanacağı göndərilib. Yanvarın 11-də isə bu ölkəyə 979ton Aİ-92 markalı benzin yüklənmiş 18 vaqondan ibarət qatar yolasalınıb.
Fevralın 25-də 4 500 ton dizel yanacağı tədarük edilib, martın5-də isə 1 984 ton dizel yanacağı yüklənmiş 31 vaqongöndərilib.