AzVision.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Avropa Parlamentində çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir. Bu, ölkənin daxili bazarında yanacağın qiymətlərinin aşağı düşməsinə kömək edib və yanacaq sektorunda onilliklər boyu mövcud olan monopoliyaların zəifləməsinə səbəb olub.
Baş nazir əlavə edib ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistan üçün əsas ixrac istiqamətlərindən birinə çevriləcəyinə ümid edir.
Xatırladaq ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı benzin göndərib.
2026-cı il yanvarın 9-da bu ölkəyə ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı çatdırılıb. Yanvarın 11-də isə Ermənistana 18 vaqonda daşınan 979 ton Aİ-92 markalı benzin yola salınıb.
Fevralın 25-də 4 500 ton dizel yanacağı tədarük edilib, martın 5-də isə 31 vaqonda daşınan 1 984 ton dizel yanacağı göndərilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta