AZ

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib FOTOLAR

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Hər il Ramazan ayında ənənəvi olaraq təşkil olunan "Sahibkarlarla iftar süfrəsi” bu il də sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

AZXEBER.COM xəbər verir ki, martın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə "Buta Palace”da keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən Marsol Group partnyorları ilə yanaşı 600-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev bildirib ki, "Sahibkarlarla iftar süfrəsi” artıq 5-ci dəfə təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və biznes ictimaiyyətinin bir araya gəlməsi baxımından mühüm platformaya çevrilib.

Tural Mustafayev həmçinin Marsol Group tərəfindən biznes əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, qarşıdakı dövrdə reallaşdırılacaq təşəbbüslərin sahibkarlar üçün yeni imkanlar yaradacağını vurğulayıb.

Tədbirin davamında Marsol Group-un fəaliyyəti və həyata keçirdiyi layihələrə həsr olunan videolar nümayiş etdirilib. Eyni zamanda 17–20 iyun tarixlərində keçiriləcək 7-ci "Yerli şirkətlərin tanıtım sərgisi”nin anons videosu təqdim olunub.

Tədbir çərçivəsində "Sahibkarlarla iftar süfrəsi”nin təşkilinə göstərdikləri dəstəyə görə "Veysəloğlu Şirkətlər Qrupu” və "Abşeron Ticarət Mərkəzi” xüsusi plaketlərlə təltif ediliblər.

Səmimi və işgüzar mühitdə keçən görüş iştirakçılar arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına və netvörkinq əlaqələrinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət quraraq fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azxeber.com

1Mənbələr