AZ

“Turan”ın şikayəti təmin edildi, “Sabah” rədd cavabı aldı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun apellyasiya şikayəti qismən təmin edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Araşdırmalara əsasən, Kurban Berdıyevin hərəkətləri AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib. Buna görə “Turan Tovuz” komandasının baş məşqçisinə 3 oyunluq diskvalifikasiya, klubun özünə isə 6000 manat cərimə tətbiq olunub.

Qeyd edək ki, ötən il fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Kəpəz” matçının 64-cü dəqiqəsində Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə almış, daha sonra hakimləri təhqir etmişdi.

Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, Tovuz klubuna isə 10000 manat cərimə vermişdi.

Apellyasiya Arbitraj Tribunalının qərarı ilə həmin qərar ləğv olunaraq cəza azaldılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Birinci Liqada çıxış edən “Mingəçevir”in baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti də təmin olunub. Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Xatırladaq ki, Ramiz Məmmədov 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.

“Sabah”ın Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətinə də baxılıb. Paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – “Sabah” Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı qərarı öz qüvvəsində saxlanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
27
9
arena.az

10Mənbələr