AZ

Bəzi şirkətlər Qətərdən LNG tədarükü ilə bağlı fors major vəziyyət elan ediblər

ain.az, 525.az portalına istinadən məlumat verir.

Britaniyanın Shell və Fransanın "TotalEnergies" şirkətləri də daxil olmaqla, Qətərin milli neft və qaz şirkəti olan “Qatar Energy”nin bir neçə müştərisi bu ölkədən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün fors-major vəziyyət elan ediblər.

525.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

"Qatar Energy" şirkəti əvvəllər Ras-Laffan və Mesaieddəki sənaye müəssisələrinə edilən hücumlar səbəbindən LNG və əlaqəli məhsulların istehsalını dayandırdığını bəyan edib. Şirkət, həmçinin müştərilərinə LNG istehsalının dayandırılmasından qaynaqlanan fors-major hallar barədə məlumat verib. 

Qətər dünyanın ən böyük üç mayeləşdirilmiş təbii qaz ixracatçısından biridir. Ölkənin şimalında, Dohadan təxminən 80 km məsafədə yerləşən Ras-Laffan sənaye klasterində ölkənin əsas qaz mayeləşdirmə, saxlama və boşaltma müəssisələri yerləşir. Kompleksin infrastrukturuna ildə təxminən 77 milyon ton ümumi tutumu olan 14 mayeləşdirilmiş təbii qaz qurğusu daxildir.

Daha əvvəl Ras-Laffan və Mesaiddəki sənaye müəssisələrinə edilən hücum səbəbindən Qətər dövləti LNG və əlaqəli məhsul istehsalını dayandırdığını bildirib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
525.az

1Mənbələr