AZ

İsveçrə səfiri İranı tərk edib

Sitat.info saytına istinadən ain.az xəbər verir.

“İsveçrə Yaxın Şərqdəki hərbi münaqişə fonunda İrandakı səfirliyində fəaliyyətini dayandırır”.

Sitat.info xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar İsveçrə Xarici İşlər Nazirliyi İsveçrənin İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib”, - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, səfir və 5 diplomatik missiya əməkdaşı İranı quru yolu ilə tərk edib və ölkə hüdudlarından kənarda təhlükəsizdirlər.

Bildirilib ki, vəziyyət normallaşan verən kimi diplomatlar Tehrana qayıdacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
sitat.info

6Mənbələr