AZ

Dünya qorxulu paradoksla üz üzədir Şarl Mişel

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Dünya qorxulu paradoksla üz-üzədir”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda dünya heç vaxt olmadığı qədər çoxqütblü olsa da, eyni zamanda çoxtərəflilik özünün ən zəif dövrünü yaşayır:

“Böyük güclər arasında rəqabətin yenidən alovlanması və münaqişələrin miqyasının genişlənməsi artıq uzunmüddətli bir trendə çevrilib. Dünya miqyasında getdikcə daha çox münaqişə müşahidə edirik və bu proseslərə daha çox ölkə cəlb olunur”.

Ş.Mişel qeyd edib ki, mövcud beynəlxalq sistemin effektivliyi zəifdir və Birləşmiş Millətlər Təşkilatının (BMT) təsir gücü azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr