AZ

İctimai nəqliyyatdakı problemlər bitmir Sıxlıq, gecikmələr, xəstəlik...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Paytaxtda metro və avtobuslarda müşahidə olunan sıxlıq sərnişinlərin həm təhlükəsizlik, həm də sağlamlıq baxımından narahatlığını artırır. Xüsusilə pik saatlarda nəqliyyatda yaranan izdiham və marşrutlar üzrə intervalların uzun olması vəziyyəti daha da çətinləşdirir. Bu isə vətəndaşların gündəlik hərəkətində ciddi problemlər yaradır. Mövcud vəziyyət ictimai nəqliyyat sistemində hansı çatışmazlıqların olduğunu və problemin aradan qaldırılması üçün hansı addımların atılmalı olduğunu gündəmə gətirir.Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ kifayət qədər ciddidir və onu bir-iki cümlə ilə izah etmək mümkün deyil:“Paytaxtda yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də insanların ictimai nəqliyyatdan rahat istifadə edə bilməməsidir. Sərnişinlər avtobus və metroda sıxlıqla qarşılaşdıqları üçün daha çox fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər ki, bu da şəhərdə tıxacların artmasına səbəb olur. Problemin həlli üçün nəqliyyat infrastrukturu genişləndirilməlidir. Metro stansiyalarının və avtobus marşrutlarının sayı artırılmalı, xüsusi zolaqlar və digər nəqliyyat imkanları təkmilləşdirilməlidir. Bütün bunlar kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir. Nəqliyyat sıxlığı təkcə vaxt itkisinə deyil, həm də insanların sağlamlığına ciddi təsir göstərən amillərdən biridir”.O bildirib ki, uzun müddət tıxacda qalmaq stress səviyyəsini artırır, əsəb gərginliyi və yorğunluq yaradır:“Avtomobillərin çoxluğu havada zərərli qazların miqdarını artıraraq nəfəs yolları xəstəliklərinin yaranma riskini yüksəldir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün bu cür çirklənmiş hava daha təhlükəli hesab olunur. Bundan başqa, saatlarla hərəkətsiz vəziyyətdə avtomobildə qalmaq ürək-damar sisteminə də mənfi təsir göstərə bilər. Tıxac probleminin aradan qaldırılması həm şəhər həyatının rahatlığı, həm də ictimai sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
demokrat.az

1Mənbələr