Martın 14-dən 15-dək cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu təşkil olunacaq.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 71 klub və idman cəmiyyətindən 358 cüdoçu (297 oğlan, 61 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların müəyyən edilməsi və dayanıqlı ehtiyat bazasının yaradılmasıdır.
Qeyd edək ki, II turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
Cüdoçumuz Linz Qran-Prisində qızıl medal qazanıb
Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib - FOTO
Yeni cüdo zalı fəaliyyətə başlayıb
Avropa Kubokunda 22 cüdoçumuz iştirak edəcək
Cüdoçularımızın Daşkənd Qran-Prisindəki rəqibləri bəlli olub