AZ

İrandan xəbərdarlıq: Neft 200 dollar olacaq

ain.az, Azvision portalına istinadən məlumat yayır.

İran regional gərginliyin artacağı təqdirdə neftin bir barelinin qiymətinin 200 dollara çata biləcəyi barədə xəbərdarlıq edib. Reuters-in məlumatına görə, Tehranın Xatəm əl-Ənbiya hərbi qərargahının sözçüsü İbrahim Zülfüqari deyib ki, İran artıq hücumlara yalnız qarşılıq verməklə kifayətlənməyəcək və davamlı hərbi zərbələr həyata keçirəcək. “ABŞ, sionistlər (İsrail) və onların tərəfdaşlarına bir litr belə neftin çatmasına imkan verməyəcəyik. Onlara tərəf yön alan istənilən gəmi və ya tanker legitim hədəf sayılacaq”, – deyə o bildirib. Zülfüqari əlavə edib ki, regiondakı təhlükəsizliyin pozulması neft bazarına birbaşa təsir göstərəcək: “Neftin bir barelinin qiymətinin 200 dollara çatmasına hazır olun. Çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır və siz bu sabitliyi pozmusunuz”. M.Həsənli

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
azvision.az

1Mənbələr