ain.az, Hurriyyet saytına istinadən bildirir.
İsrail və ABŞ-nin İrana hücumları yenidən qiymətləndirilir.
Bu barədə İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisi bildirib.
Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, İran daxilində rejim dəyişikliyinə nail olmaq hazırkı şəraitdə real görünmür.
Rəsmi bildirib ki, hazırkı vəziyyətdə daha real ssenari İranın hərbi və strateji infrastrukturunun zəiflədilməsi, həmçinin ölkə rəhbərliyinin gücünün məhdudlaşdırılmasıdır.
Eyni mövzu ilə bağlı İsrailin "Channel 13" telekanalı da xəbər yayıb. Məlumata görə, İsrail rəsmiləri hazırda İran hakimiyyətinin yaxın zamanda devriləcəyinə dair hər hansı zəmanətin olmadığını qəbul edirlər.
Xəbərdə həmçinin qeyd olunur ki, Tel-Əvivdəki siyasi dairələr Donald Tramp administrasiyasından müharibənin bitməsinə yaxınlaşdığına dair hələlik heç bir konkret siqnal almadıqlarını bildirirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.