AZ

Müdafiə Nazirliyi məlumat yaydı

Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub. Danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Müdafiə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Seçilən
11
1
nocomment.az

2Mənbələr