AZ

İran müharibəsi fonunda Ukraynaya silah tədarükü azalır? - AÇIQLAMA

Xarici medianın məlumatına görə, Kiyevdə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Ukraynaya silah tədarükündə yarana biləcək problemlərlə bağlı narahatlıq var.

İranda aparılan müharibə Ukraynaya silah-sursat təchizatının azalmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi eksperti Ədalət Verdiyev bildirdi ki, Yaxın Şərqdə başlayan müharibə Ukraynanın silah təchizatına mənfi təsir göstərir:

"Daha əvvəl qərb silahları Avropa İttifaqına üzv olan ölkələrin vəsaiti hesabına alınaraq Ukraynaya müəyyən təchizatlar həyata keçirilirdisə, artıq bu təchizatların həyata keçirilməsinə dair məlumatlara kifayət qədər az sayda rast gəlinir. Amma onu da nəzərə almaq lazımdır ki, hazırda Ukrayna istifadə etdiyi bir çox silahların müəyyən miqdarını öz ərazisində istehsal edir və maraqlı olan tərəf də ondan ibarətdir ki, Ukrayna son günlər ərzində Dnepropetrovsk istiqamətində kifayət qədər ciddi irəliləyişlər əldə edib. 400 kvadrat kilometr ərazini Ukrayna Rusiya işğalçılarından təmizləyib. Hər bir halda Ukrayna alternativ təchizat variantlarını mütləq nəzərdən keçirməlidir, çünki yaxın aylar ərzində ABŞ Yaxın Şərqdə istifadə etdiyi və İsrailə göndərdiyi silahların yerini doldurmaq üçün yerli istehsalını öz təchizatı üçün istifadə edəcək. Digər ölkələrə silah tədarükü müəyyən müddət ərzində dayandırıla bilər. Baş verən bütün prosesləri nəzərə alaraq, yenə də Ukraynanın silah tədarükünün tükənməsinə dair iddialarla razılaşa bilmərik, amma təbii ki, sursatların istifadəsində müəyyən qənaət rejiminə riayət olunması gözləniləndir".

Aytəkin TOFİQQIZI

Seçilən
95
1
redaktor.az

2Mənbələr