AZ

“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO nun finalına vəsiqə qazanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 11 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 23 şagirdi respublika fənn olimpiadalarının (RFO) final turuna vəsiqə qazanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Final turunun aprel ayının ikinci yarısında təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi RFO riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr